Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
FIFA milli komandaların dünya reytinqinin oktyabr ayı üçün yenilənmiş siyahısını açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi bir pillə geriləyərək 127-ci sıraya düşüb. Ayxan Abbasovun rəhbərlik etdiyi yığmanın hesabında 1138,96 xal var. Komandamız əvvəlki reytinqdə 126-cı yerdə qərarlaşmışdı.
Azərbaycan millisi son 4 qarşılaşmada məğlub olmayıb. Yığmamız yoldaşlıq görüşündə Tacikistanı (1:0), UEFA Millətlər Liqasında isə Litvanı (1:0) məğlub edib. Komandamız Litva ilə səfərdə 1:1, Lixtenşteynlə Bakıda isə 0:0 hesablı heç-heçə edib.
Türkiyə millisinin də mövqeyi pisləşib. Qardaş ölkə təmsilçisi 4 pillə geriləyərək 1563,54 xalla 31-ci sıraya düşüb.
Reytinqə 2011,57 xalla İspaniya başçılıq edir. Argentina ikinci, Fransa isə üçüncü yerdədir.
FIFA reytinqində ilk 10-luq belədir:
Yer
Milli komanda
Xal
1
İspaniya
2011,57
2
Argentina
1972,80
3
Fransa
1958,86
4
İngiltərə
1925,59
5
Portuqaliya
1807,69
6
Braziliya
1806,51
7
Mərakeş
1805,34
8
Belçika
1779,17
9
Niderland
1778,61
10
Meksika
1738,48
"Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku Argentinadan antirekord – Qapıya zərbə olmadı