Azərbaycan millisi FİFA reytinqində mövqeyini yaxşılaşdırıb

18.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində mövqeyini yaxşılaşdırıb.

AZƏRTAC ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1145,18 xalla üç pillə irəliləyərək 124-cü sıraya yüksəlib.

Millimizin reytinqdə irəliləməsinə UEFA Millətlər Liqasında Lixtenşteynə (1:0), eləcə də beynəlxalq yoldaşlıq görüşündə Andorraya (3:1) hesablı qələbələri səbəb olub.

Reytinq cədvəlinə 2004,48 xalla İspaniya millisi başçılıq edir. Argentina 1966,13 xalla ikinci, Fransa isə 1950,82 xalla üçüncü yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью