Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
3x3 basketbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası Polşanın paytaxtı Varşavada keçirilən Dünya Çempionatında finala vəsiqə uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ seçməsi ilə qarşılaşacaq.
Oyun bu gün Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Azərbaycan millisi bu görüşdə qalib gələcəyi halda Dünya Çempionatının finalına yüksələcək.
Yığmamız turnirdə uğurlu çıxışı ilə diqqət çəkir. A qrupunda mübarizəyə başlayan komanda Madaqaskarı 21:13, Çexiyanı 14:11, Polşanı 20:13 hesabı ilə məğlub edib. Azərbaycan millisi yalnız Niderlanda 13:19 hesabı ilə uduzub.
Komanda daha sonra pley-in mərhələsində Litvaya 14:12, dörddəbir finalda isə Almaniyaya 18:16 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.