Azərbaycan millisi Gürcüstandakı beynəlxalq yarışda 27 boksçu ilə təmsil olunacaq

04.05.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Mayın 5-də Gürcüstanın Kutaisi şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək.

XQ xəbər verir ki, 6 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamız U-19 oğlanların turnirində 24, qızların mübarizəsində 3 boksçu ilə təmsil olunacaq.

Yarışda ölkəmizi Asif Məmmədov hakim kimi təmsil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью