Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirəcək

04.03.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Haiti ilə üz-üzə gələcək.

Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Matçın başlama saatı hələlik bəlli deyil.

Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan ilə yoldaşlıq görüşü keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью