Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız Haiti ilə gücünü sınayacaq.
Tərəflər Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda üz-üzə gələcəklər.
Qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, yığmamız ikinci yoxlama oyununu martın 25-də Belarus millisinə qarşı keçirəcək.
Beynəlxalq yoldaşlıq oyunu
22 mart
21:45. Azərbaycan – Haiti
Hakimlər: Kadir Sağla, Deniz Caner Ozaral, Anıl Usta (hamısı Türkiyə), Fərid Hacıyev (Azərbaycan).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu