Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti hazırlıq mərhələsinə başlayır.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Yığmamız seleksiya məqsədi daşıyan təlim-məşq toplanışı keçirəcək.
Hazırlıq prosesi sentyabrın 21-dən 23-dək davam edəcək. Məşqlər Bayıl Təlim-Məşq Mərkəzinin bazasında təşkil olunacaq.