Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək.
Bu barədə Bakıvaxtı.az-a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.Komanda bu məqsədlə Tbilisi şəhərinə yola düşüb.
Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.