sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ikinci oyunda da uduzub. Sport24.az xəbər verir ki, U-20 EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Latviya seçməsinə məğlub olub.
Qarşılaşma 3:0 hesabı ilə bitib.
Xatırladaq ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv ötən gün Polşa komandasına da eyni hesabla uduzub.