Azərbaycan millisi ilə matçın nə mənası var?

08.03.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belaruslu futbol mütəxəssisi Sergey Qurenko ölkələrinin millisinin Tacikistan və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq oyunları haqda danışıb.

QOL.az Belarus mətbuatına istinadən xəbər verir ki, o deyib: 

"Belarus çempionatı hələ başlamayıb, ona görə də bu oyunçuların səviyyələrini bilmirəm. Bu matçların nə mənası var? Yoldaşlıq görüşləri keçiririksə, elə komandalar seçməliyik ki, oyun tərzlərinə görə gələcək rəqiblərə bənzər olsunlar. Tacikistan və Azərbaycan milliləri ilə oyunların nə mənası var axı?"

Qeyd edək ki, Azərbaycan - Belarus matçı martın 25-i, "Bank Respublika Arena" stadionunda keçiriləcək. Görüş 21:45-də başlayacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью