Icma.az, Qol.az portalına istinadən məlumat verir.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.
QOL.az xəbər verir ki, İlham Yadullayevin komandası Özbəkistan millisi ilə qarşılaşacaq.
Belarusun paytaxtı Misnkdə təşkil edilən turnirin 3-cülük matçı saat 15:40-da başlayacaq.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.