Azərbaycan millisi İrlandiyaya qarşı

21.11.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyunununa çıxacaq.

Fanat.Az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonasının 1-ci seçmə mərhələsi çərçivəsində səfərdə İrlandiya ilə qarşılaşacaq.

Tahir Baxşıyevin komandası qrup sonuncusu ilə görüşdə qələbə qazanmaq əzmindədir.

Qeyd edək ki, qrupun digər matçında İsveçrə Kosovonu sınağa çəkəcək. Qarşılaşma saat 22:30-da start götürəcək.

DÇ-2027, Avropa zonası 
Seçmə mərhələ
A qrupu, III tur

21 noyabr
21:00. İrlandiya - Azərbaycan

Hakimlər: İain Makdonald (Böyük Britaniya), Yoannis Tsibouris (Yunanıstan) və David Tomasson (İslandiya).
Dublin, Milli Basketbol Arenası

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью