Azərbaycan millisi İsveçə qarşı

11.04.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futzal üzrə Azərbaycan millisi bu gün  Avro-2026-nın əsas mərhələsində növbəti oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda 5-ci turda İsveçin qonağı olacaq.

"Helsinqborq Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Qeyd edək ki, 5-ci qrupda Xorvatiya 12 xalla liderdir. Yunanıstan 7 xalla 2-ci, Azərbaycan 2 xalla 3-cü, İsveç 1 xalla 4-cüdür. Azərbaycan millisi aprelin 15-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq.

11 aprel

21:00.İsveç – Azərbaycan

Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (İngiltərə)

"Helsinqborq Arena"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью