Azərbaycan millisi İsveçə yollandı Şəkillər

17.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

UEFA Millətlər Liqası çərçivəsində İsveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Solna şəhərinə yola düşüb.

QOL.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 16:30-da Qəbələ Beynəlxalq Hava Limanını tərk edib. Komandamız noyabrın 18-də Bakı vaxtı ilə saat 21:00-da matçın baş tutacağı “Strouberri Arena”da son məşqinə çıxacaq.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью