Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır. Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız yoldaşlıq görüşündə səfərdə Latviya yığması ilə qarşılaşacaq.
Riqanın “Skonto” stadionunda baş tutacaq matçda milli portuqaliyalı mütəxəssisin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.
Bakı vaxtı ilə saat 17:00-da start götürəcək oyunu maltalı baş hakim Trustin Farrugia Kanna idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi Riqa səfərindən sonra daha bir yoldaşlıq görüşünü iyunun 10-da "Liv Bona Dea Arena"da Macarıstana qarşı keçirəcək.
Beynəlxalq yoldaşlıq görüşü 7 iyun 17:00. Latviya - Azərbaycan Hakimlər: Trustin Farrugia Kann, Luke Portelli, Roberto Vella (hamısı Malta),
Riqa. "Skonto" stadionu. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlum