Azərbaycan millisi Latviya yığmasına məğlub oldu

21.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Maltada təşkil olunan UEFA İnkişaf Turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Millimiz Latviya yığmasına 0:3 hesabı ilə məğlub olub.

U-15 millimiz növbəti oyununu oktyabrın 23-də Litva, sonuncu qarşılaşmasını isə oktyabrın 26-da Malta yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 15:30-da "Sentinari" stadionunda təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью