Azərbaycan millisi Lixtenşteynlə üz üzə gələcək

01.10.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti matçını bu gün keçirəcək.

BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma D Liqasının II qrupunda Lixtenşteyn seçməsi ilə qarşılaşacaq.

Oyun saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Millimiz turnirdə keçirdiyi əvvəlki görüşdə səfərdə Litva ilə heç-heçə edib və hesabına 1 xal yazdırıb. Azərbaycan hazırda qrupda 1 xalla ikinci pillədə yer alır.

Lixtenşteynlə qarşılaşma millimizin qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından növbəti imkan olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью