Azərbaycan millisi Macarıstana məğlub oldu

13.11.2024

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gəlib.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunan görüş Macarıstan seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 növbəti oyununu noyabrın 16-da Yunanıstan yığmasına qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью