Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində Macarıstan yığmasının qonağı olub.
Bakıvaxtı.az xəbər verir ki, Felçutdakı “Panço Arena”da baş tutan qarşılaşma Siyasət Əsgərovun komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oyunu Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edib.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanıb.