Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Macarıstanla qarşılaşıb. Matç rəqib kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər matçında Andorra Şimali Makedoniyanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Azərbaycan millisi hazırda qrupda 9 xalla 2-ci, Macarıstan yığması isə 13 xalla 1-ci pillədə qərarlaşıb. Şimali Makedoniyanın 3, Andorranın 1 xalı var.
5 iyun
Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18:00. Azərbaycan – Macarıstan - 1:2
Qollar: K.Əsədova, 74 // Çanyi, 12, V.Nagy, 85
Baş hakim: Vanya Yankoviç (Sloveniya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.