Azərbaycan millisi medalı əldən verdi

16.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın U-23 minifutbol yığması Xorvatiyanın ev sahibliyi etdiyi DÇ-dəki çıxışını mükafatçılar sırasından kənarda başa vurub.

Futbolpress.az xəbər verir ki, İlkin Hacıyevin rəhbərlik etdiyi komanda bürünc medallar uğrunda qarşılaşmada Macarıstan seçməsi ilə üz-üzə gəlib. Oyunun əsas vaxtında qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq davranan rəqib 3:2 hesabı ilə qalib gələrək 3-cü yeri tutub.

Millimiz yarımfinal mərhələsində Rumıniya yığmasına 0:2 hesabı ilə məğlub olaraq final şansını itirmişdi. Yarışın əvvəlki görüşlərində isə komandamız Birləşmiş Ərəb Əmirlikləri və Çexiya seçmələrini eyni 4:2 hesabı ilə, Slovakiya kollektivini 3:2 hesabı ilə üstələmiş, Rumıniya ilə qrup matçında isə 3:3 hesablı heç-heçəyə razılaşmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью