Azərbaycan millisi Millətlər Liqasına xal qazanmaqla başladı Yenilənib

21.02.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edub. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

21 fevral

17:00. Azərbaycan (Qadınlar) – Monteneqro (Qadınlar) - 0:0

Baş hakim: Tatyana Sorokopudova

Baş hakimin köməkçiləri: Nargis Magau, Dinara Idrisova

Dördüncü hakim: Elvira Nurmustafina

(Hakimlər briqadası Qazaxıstandandır)

"Liv Bona Dea Arena"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью