Azərbaycan millisi Moldovaya qarşı İdmanXəbər

19.11.2024

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Elxan Abdullayevin komandası 3-cü turda Moldova ilə qarşılaşacaq.

Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Daha əvvəl , İslandiyaya isə 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzan millimiz ilk xal və ya xallarını qazanmağa çalışacaq.

Qeyd edək ki, Moldova millisi 1 xalla qrupda 3-cü, xal qazanmayan Azərbaycan yığması isə sonuncudur.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью