Azərbaycan millisi Monteneqro ilə üz üzə

24.02.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisi bu gün Avro-2025-in 2-ci seçmə mərhələsində son oyununa çıxacaq. 

QOL.az xəbər verir ki,  B liqasının 4-cü qrupunda yer alan yığmamız 3-cü turda Monteneqro ilə qarşılaşacaq. Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Millimiz bundan əvvəl Şimali İrlandiyaya (0:4) və Albaniyaya (0:4) məğlub olub. Komandamız hazırda sıfır xalla qrupda sonuncudur.

17:30. Monteneqro U-19 - Azərbaycan U-19 

Baş hakim: Roksana Rekorean (Rumıniya)

“House of Football Natural Pitch”, Albaniya.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью