Azərbaycan millisi Mozambiki məğlub etdi YENİLƏNİR

29.10.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi yığma C Divizionunda Mozambik millisi ilə üz-üzə gəlib.

Görüş komandamızın 4:1 hesablı qələbəsi ilə nəticələnib.

Yığma bu gün saat 19:30-da Vyetnam millisi ilə üz-üzə gələcək. Vyetnam komandası Kubanı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Komandamız qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Yığmamız 81–96-cı yerlər uğrunda mübarizə apardığı C Divizionunda əvvəlcə Çiliyə 1:3 hesabı ilə məğlub olub, daha sonra Cəbəllütariqi 5:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, 189 ölkənin təmsil olunduğu mundialda 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Oktyabrın 30-da başa çatacaq turnirin final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.

"World Winners Cup Alanya 2026": "Marafon" məğlub olub Azərbaycan millisi Litvanı məğlub edib Millimiz Haitiyə böyük hesabla uduzub - YENİLƏNİB "Araz-Naxçıvan"ın Çempionlar Liqası matçının təyinatları bəlli olub Azərbaycan millisi İsraili məğlub etdi - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью