Azərbaycan millisi nəhayət ki, xal qazandı

17.11.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın U-17 milli komandası Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda növbəti oyuna çıxıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən komanda Litva ilə qarşılaşıb.

Matç qollu bərabərliklə başa çatıb – 1:1. Azərbaycan millisinin heyətində  65-ci dəqiqədə Rəsul Balakişiyev fərqlənib.

U-17 bundan əvvəl Almaniyaya 0:7, Şimali İrlandiyaya isə 0:4 hesabıyla uduzub.

Azərbaycan yığması hazırda qrupda 1 xalla sonuncudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью