Azərbaycan millisi Niderlandla üz üzə

26.05.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Bakı mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, turnirdə 16 komanda mübarizə aparacaq.

Reytinqi aşağı olan 6 iştirakçı təsnifat mərhələsində mübarizə aparacaq. İki qrupun qalibi növbəti raundda 10 komandaya qoşulacaq.

Təsnifat mərhələsi
A qrupu:
Madaqaskar, İtaliya, Rumıniya
B qrupu: Qazaxıstan, “Roma”, Misir
Qrup mərhələsi
A qrupu:
Niderland, “Praqa”, Azərbaycan
B qrupu: Çin, “Takasaki”, Çili
C qrupu: Tailand, Latviya, təsnifatda A1
D qrupu: Avstriya, Filippin, təsnifatda B1

Azərbaycan millisi A qrupunda Niderland və “Praqa” ilə üz-üzə gələcək. Yığmamız qrup matçlarını mayın 26-da keçirəcək.

Qadın seriyası
Bakı mərhələsi
A qrupu
26 may

16:00. Niderland – Azərbaycan
17:50. “Praqa” – Azərbaycan

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью