Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz qrup mərhələsindəki ikinci oyununu Lixtenşteynə qarşı keçirəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqibini Tofiq Bəhramov adına respublika stadionunda qəbul edəcək. Oyuna saat 20:00-da start veriləcək.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
1 oktyabr
20:00. Azərbaycan – Lixtenşteyn
Baş hakim: Kristian-Petru Çoçirka (Avstriya).
Tofiq Bəhramov adına Respublika stadionu.