Azərbaycan millisi növbəti oyununu keçirəcək

21.11.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya ilə üz-üzə gələcək.

Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.\ Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью