Azərbaycan millisi növbəti oyununu keçirəcək

21.02.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan yığma meydan sahibi Albaniya ilə üz-üzə gələcək.

Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, U-19 daha əvvəl Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью