Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, yığmamız sözügedən ölkənin seçməsi ilə ikinci matçına çıxacaq.
Görüş bir gün əvvəlki kimi yenə Zenitsa şəhərində baş tutacaq.
Qeyd edək ki, Vitali Borisovun baş məşqçisi olduğu milli dünənki qarşılaşmada rəqibinə 0:7 hesabı ilə uduzub.
Yoldaşlıq oyunu 5 noyabr 22:00. Bosniya və Herseqovina – Azərbaycan Zenitsa.
Huseyn Smayloviç adına Arena Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.