Azərbaycan millisi Polşaya qarşı

07.11.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisi səfərdə Polşa seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bundan əvvəl Evren Alkayın komandası səfərdə Litvaya (62:99), evdə Belçikaya (28:136) uduzub.

Qeyd edək ki, hazırda aktivində iki xalı olan komandamız qrupda sonuncu pillədə qərarlaşıb. Aktivində dörd xalı olan Litva liderdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью