Icma.az, Qol.az portalına istinadən məlumat verir.
2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi müəyyənləşib. Bu, UEFA Millətlər Liqasında cari mövsümün qrup mərhələsi başa çatandan sonra bəlli olub.
QOL.az xəbər verir ki, Azərbaycan millisi reytinqi ən aşağı olan komandaların yer aldığı 5-ci səbətdə olacaq. Yığmamızla birlikdə bu səbətdə Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də qərarlaşıb.
Ümumilikdə, püşkatmada iştirak edəcək 54 milli komanda 5 səbətə bölünüb. İlk 4 səbətin hər birində 12, sonuncu səbətdə isə 6 komanda yer alıb.
“Football Meets Data”nın məlumatına görə, Avro-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avro-2028-in seçmə mərhələsinin səbətləri