Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq: Bu tarixdə, bu şəhərdə

20.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın qadınlardan ibarət futbol milli komandası Rusiya yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Sözügedən komandalar noyabrın 28-də və dekabrın 2-də Soçidə yoldaşlıq oyunlarında üz-üzə gələcək.

Komandalar 2021-ci ildə DÇ-2023-ün seçmə mərhələsində iki dəfə qarşılaşıb. Hər iki görüş rusların qələbəsi ilə yekunlaşıb (2:0, 4:0). Beynəlxalq Futbol Federasiyasının reytinq cədvəlinə əsasən, Azərbaycan komandası 75-ci, Rusiya komandası isə 25-ci yerdədir.

Qeyd edək ki, 2022-ci ilin fevralında FİFA və UEFA Ukrayna ilə müharibə ilə əlaqədar Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını qadağan edib.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью