Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Rusiya yığması ilə növbəti yoldaşlıq oyununu keçirəcək.
SİA-nın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gələcək.
“Soçi” klubunun məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Görüşün baş hakimi tacikistanlı Nodira Mirzoyeva olacaq. Qeyd edək ki, noyabrın 28-də təşkil olunan ilk oyunda Rusiya millisi qələbə qazanıb