Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisi San Marinoya qarşı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gələcək. Macarıstandakı “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2.
Yoxlama oyunu
9 iyun
22:00. Azərbaycan - San Marino
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu