Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan millisi Şimali Makedoniyaya məğlub oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.
QOL.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığmamız Şimali Makedoniya ilə üz-üzə gəlib. Serbiyanın Stara Pazova şəhərində keçirilən qarşılaşma Makedoniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, komandamız ilk turda Serbiyaya 0:3 hesabı ilə uduzub. Millimiz qrupda sonuncu matçını dekabrın 2-də Monteneqroya qarşı keçirəcək.