Azərbaycan millisi Tacikistan yığması ilə üz üzə

23.09.2026

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.

Qaynarinfo-nun məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək.

8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqası turnirində keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью