Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Taekvondo üzrə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirib.
Futbolpress.az xəbər verir ki, oktyabrın 12-dən 17-dək təşkil olunan hazırlıq prosesi yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımovun rəhbərliyi altında baş tutub.
Sentyabrda təşkil olunan ölkə birinciliyinin nəticələrinə əsasən milli komandanın heyətinə cəlb edilən idmançıların fiziki və taktik hazırlığı gözfən keçirilib.