Azərbaycan millisi toplanışın növbəti mərhələsinə start verib

01.04.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycanın kişi boksçulardan ibarət millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib. SİA Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöldən sonra Bakıda davam etdirilir.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda Gürcüstan və Qazaxıstan milliləri də iştirak edirlər. Birgə məşqlər aprelin 10-da yekunlaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью