Azərbaycan millisi uluslararası yarışlara buraxılmamalıdır Sabir RÜSTƏMXANLI | Icma.az
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır".
Redaktor.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı Sabir Rüstəmxanlı sosial media hesabında paylaşım edib.
"Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır?
Qoy iki-üç il ölkə daxilində, məsələn, Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar", - deyə S.Rüstəmxanlı qeyd edib.
Xatırladaq ki, ötən gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə 6:0 hesabla məğlub olub.
Sevinc İBRAHİMZADƏ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu