Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şotlandiyanın U-21 millisinin baş məşqçisi Entoni Doherti 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan üzərində 5:2 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, Şotlandiya yığmasında ilk oyununu keçirən mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:
“Matçdan əvvəl futbolçulara U-21 millisinin özünəməxsus kimliyini formalaşdırmağa çalışmalarını tapşırdım. Düşünürəm ki, bunu bacardılar. Möhtəşəm oynadılar. Komandanın münasibəti və birliyi əla idi. Futbolçular böyük tərifə layiqdirlər”.
Doherti komandasının oyuna üstünlük verdiyini və buraxılan qoldan sonra reaksiyasını xüsusi vurğulayıb: “Dominant oynadıq. Oyunda uğursuz məqamımız oldu, amma buna reaksiyamız əla idi. Futbolçuların mükafatlarını almalarına görə çox şadam”.
O bildirib ki, Şotlandiyanın final mərhələsinə yüksəlmək şansının qalmadığı matçdan əvvəl məlum olsa da, qarşılaşmanın turnir baxımından əhəmiyyəti var idi: “Oyundan əvvəl artıq mübarizəni dayandırdığımızı bilirdik. Amma bu seçmə mərhələsini yaxşı nəticə ilə başa vurmaq məsuliyyətimiz var. Bolqarıstana qalib gəlsək, növbəti seçmə mərhələsinin püşkatmasında üçüncü səbətə yüksələ bilərik”.