Azərbaycan millisi Xorvatiyaya böyük hesabla uduzdu

01.02.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya ilə üz-üzə gəlib. Pula şəhərində  keçirilən görüş Azərbaycan yığmasının böyük hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, millimiz qrupdakı ilk matçında Bakıda İsveçlə heç-heçə edib (3:3).

31 yanvar

AÇ-2026. Əsas mərhələ. V qrup

 Xorvatiya - Azərbaycan - 9:2

Qollar: Periç 2,49 (1:0), Çekol, 10,54 (2:0), Kuraja, 15,44 (3:0), Yelovçiç, 21,21 (4:0), Kuraja, 25,20 (5:0), Ülvi Əliyev, 27,11 (5:1), Moravaç, 29,23 (6:1), Mataja, 31,14 (7:1), Oktay Rüstəmli, 32,12 (7:2), Postruzin, 35,58 (8:2), Vukmir, 39,16 (9:2)

Hakimlər: Viktor Bugenko (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya)

Timekepeer: Dino Kramar (Xorvatiya)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью