Azərbaycan millisi yarımfinal oyununa çıxır Avropa çempionatı

03.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisi yarımfinal oyununa çıxır - Avropa çempionatı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gələcək.

"Tipos Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Yarımfinalın digər matçında isə Macarıstan və Ukrayna yığmaları üz-üzə gələcək. Bu görüş saat 21:15-də başlayacaq.

Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью