Azərbaycan millisi yarışı 1 qol vurmadan başa vurdu

02.12.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda B Liqasının 5-ci qrupunda Kiprlə qarşılaşıb. Matç Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.

Oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar. 

Qeyd edək ki, millimiz buna qədər İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Bununla da Azərbaycan millisi yarışda çıxışını başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью