Azərbaycan millisi yoldaşlıq matçında Maltaya məğlub olub

05.06.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu yoldaşlıq matçında qüvvəsini sınayıb.

BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə üz-üzə gəlib.

Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda, baş tutan matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью