Azərbaycan millisi yoldaşlıq oyunu üçün bu rəqibi seçdi

10.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Fernandu Santuşun komandası Belarus millisi ilə qarşılaşacaq. Oyun martın 25-də Bakıda keçiriləcək. Görüşün başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, hazırda Belarus millisi FİFA-nın reytinq cədvəlində 98-ci, Azərbaycan millisi isə 119-cu yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью