Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 iyun, AZƏRTAC
Yoldaşlıq görüşü çərçivəsində Latviya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, millimizi səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunu tərk edib. Komandamız iyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.