Azərbaycan millisi yoldaşlıq oyununda Rusiya ilə qarşılaşıb

28.11.2024

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Rusiya ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Matç Soçi şəhərindəki FİŞT Olimpiya Stadionunda təşkil olunub.

Qeyd edək ki, komandalar dekabrın 2-də yenidən üz-üzə gələcəklər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью