Azərbaycan millisi yoldaşlıq turnirində iştirak edəcək

29.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, millinin rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaq.

U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Millinin oyunlarının təqvimi:

4 iyun

20:30. Azərbaycan (U-19) – Qazaxıstan (U-19)

7 iyun

18:00. Azərbaycan (U-19) – Türkiyə (U-20)

10 iyun

20:30. Azərbaycan (U-19) – Moldovanın (U-19)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью